Qiymətləndirmə Monitorinq Konsaltinq
21 Fevral, 2017, Çərşənbə 15:57
Biz kimik?

       Azərbaycanın böyük potensialı və güclü inkişaf dinamikası yeni-yeni investisiya imkanları və sahələrini açmaqdadır. İqtisadiyyatın mühüm sektorlarından biri olan daşınmaz əmlak bazarının bu yöndə dinamik irəliləyişləri, cəmiyyətin artan tələbatları bir çox mövcud yerli və xarici şirkətlərin yaranmasına, rəqabətlilik səviyyəsinin artmasına gətirib çıxarmış, yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu proseslərdə iştirak edərək öz töhfəsini verməyi hədəfə çevirmiş “Əmlak Ekspert Mərkəzi” Qiymətləndirmə və Konsaltinq şirkəti də məhz bu zərurətdən bazar iştirakçılarından birinə çevrilmişdir.

       “Əmlak Ekspert Mərkəzi” MMC 2014-cü ildə daşınmaz əmlak bazarının qiymətləndirilməsi və ekspertizası, digər əmlak subyektlərinin - bütün növ daşınar əmlakların, bina və qurğuların, ixtisaslaşmış avadanlıqların, qeyri-maddi aktivlərin, qızıl-zinət əşyalarının, nəqliyyat vasitələrinin və s. qiymətləndirilməsi üzrə ixtisaslaşmış mütəxəssislər (ekspertlər) tərəfindən təsis edilib və dövlət qeydiyyatından keçib.

       Ölkəmizdə qanunun aliliyinin təmin olunması istiqamətində əmlak mübahisələrinin obyektiv həll olunması üçün ekspert və mütəxəssis rəylərinin, arayışların hazırlanıb təqdim olunması fəaliyyətinin tərkib hissələrindən biridir. Mərkəz eyni zamanda  Nizamnaməsinə uyğun olaraq qiymətləndirmə, əmtəəşünaslıq, tikinti-texniki ekspertizası, maliyyə və hüquq xidmətləri, əmlak idarəçiliyi, konsaltinq və kompleks marketinq sahəsində fəaliyyət göstərir. Fəaliyyəti üzrə hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), “Milli Qiymətləndirmə Standartları”na (MQS), “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidmət göstərir.

       Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Mərkəz onlarla dövlət və özəl müəssisələri ilə əməkdaşlıq etməkdə və qazanılan etibar sayəsində bu tərəfdaşlığı uğurla davam etdirməkdədir. Mərkəzin bir çox beynəlxalq və yerli mükafatlara, diplom və tövsiyə məktublarına layiq görülməsi məhz bu uğurların göstəricisi, təklif etdiyimiz xidmətlərin beynəlxalq standartlara cavab verməsinin bariz nümunəsidir.

AZN məzənnəsi
1 RUB  0.0300
1 EUR  1.8361
1 USD  1.7352
Development by Yusif